“Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir”. Bu sözləri Azərbaycan Prezidenti ilham əliyev fevralın 18-də Nizami, Nərimanov və Kürdəmir rayonlarının yeni icra başçılarının videoformatda qəbulu zamanı deyib.
Ölkə başçsının söyləmiş olduğu bu fikirlər bütün bələdiyyə qulluqçularının da ürəyindən xəbər vermiş oldu. Belə ki, Nərimanov bələdiyyəsinə qarşı məhz bəzi məmurların qəbul etdikləri qərarlar iki aya yaxındır ki, bələdiyyə qulluqçularında ciddi gərginlik yaratmaqdadır. Bu qərarlar bələdiyyədə, demək olar ki, iş ahəngini pozub.
Söhbət ondan gedir ki, Nərimanov bələdiyyəsinin iyirmi ilə yaxın bir müddət ərzində fəaliyyət göstərdiyi bina bələdiyyənin xəbəri olmadan əmlak məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən özəlləşdirilib. Bəri başdan deyə bilərik ki, bu özəlləşdirmə tam qanunsuz aparılıb və şəhərin mərkəzində 1409 kv.metrlik ərazini özəlləşdirən Natiq əliməmmədova ərazinin texniki pasportu belə verilməyib. əmlak məsələləri Dövlət Xitmətinə sual edirik necə olur ki, may ayında Nərimanov bələdiyyəsi binanı “iNTEKS” şirkətinə təhvil verir, iyun ayında bina sökülür, noyabr ayında xidmətin müvafiq qurumu binaya çıxarış verir. Həqiqətən maraqlı faktdır ki, əmlak məsələləri Dövlət Xidmətinin müvafiq qurumu mövcud olmayan binaya çıxarışı necə və hansı “şərtlərlə” verib.
əlavə edək ki, Nərimanov bələdiyyəsinin iyirmi il ərzində fəaliyyət göstərdiyi binanın ərazisi 2016-cı ildə pilot layihəyə düşdüyündən, 2021-ci ilin mayında bələdiyyə ilə müqavilə bağlanıldıqdan sonra ərazinin söküntüsü “iNTEKS” şirkəti tərəfindən həyata keçirilib.
Bu işdə ehtimal etmək olar ki, tikinti aparan şirkətin xüsusi xidməti olmamış deyil. Məhz bu gün ortalıqda belə görünməyən Natiq əliməmmədov “iNTEKS” şirkətinin rəsmilərinin “adamı” olduğu deyilir. “Müəmmalı çıxarış” əməliyyatını həyata keçirənlər, maneəyə rast gəlmədiklərindən dərhal bələdiyyəyə verilən kirayə haqqını da Nərimanov Məhkəməsinin hakimi Gültəkin əsədovanın əli ilə dayandırmağa nail ola bilmişlər.
Təəssüf edirik ki, qaranlıq keçmişə malik olan Azərbaycan Beynəlxalq Universitetinin məzunu olmuş, ancaq uzun illər hakimlik təcrübəsinə sahib olan xanım G. əsədovanın tələm-tələsik və bələdiyyənin iştirakı olmadan qəbul etdiyi qərarın heç də “gözlənilmədən meydana” çıxmadığını ehtimal etmək olar.
ən maraqlı məqam ondadır ki, internet üzərindən xanım hakimin ad və soyadını axtarış verdikdə neqativə söykənən çoxsaylı yazı materiallarında xanımın ABU-nu necə və hansı formada bitirməsi, o cümlədən qəbul etdiyi qərarların neqativə söykənən əks-səda verməsi təəssüf doğurur. Nərimanov bələdiyyəsinə qarşı atılmış “addım” (qərardad) göz önümüzdə olduğundan yazılanların müəyyən bir qisminin doğru olduğunu da ehtimal etmək olar.
Maraqlı məqam birdə ondadır ki, əgər haqqında bu qədər yazılıbsa niyə məsul orqanlar tərəfindən yazılanlara reaksiya belə verilməyib? Və yaxud rayonda olan bir orqanın təmsilçisi digər seçkili orqanın iştirakı belə olmadan onun işgüzar fəaliyyətinə xələl gətirən qərar qəbul edir və heç kimin bundan xəbəri olmur. Bu necə ola bilər? Ümumiyyətlə ola bilərmi? Hakim G.əsədovanın yaxın çevrəsindən əldə edilən məlumatda o da deyilir ki, xanım hakim həm də Prezidentin sabiq adminstrasiya rəhbərinin qızı ilə yaxın rəfiqə olduğundan belə qərarları da “ürəklə” qəbul edir. Bu ehtimal olsa da, ancaq inandırıcı görünür.
***
Sabah Nərimanov bələdiyyəsinin şikayətinə Apelyasiya Məhkəməsində baxılacaq. inanırıq bu dəfə iddia müraciətinə qanun çərçivəsində baxılıb qərar veriləcək.
***
Son olaraq qeyd edək ki, hazırda Nərimanov bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb.
***
Ölkə başçısı cənab ilham əliyev yuxarda qeyd etdiyimiz görüşdə daha sonra bildirib ki, dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət qanunlara riayət etməkdir. “əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir”
Bəli, çox doğru deyilmiş sözlərdir. inanırıq ki, cənab Prezident ilham əliyevin bu sözlərindən Nərimanov bələdiyyəsinə qarşı haqsızlıq edən məmurlarda nəticə çıxaracaqlar.
P.S. Son günlərdə Nərimanov Məhkəməsinə dəfələrlə etdiyimiz zənglərdən sonra xanım hakimlə əlaqə yarada bilmədiyimizdən təəssüflənirik. Yazıda qaldırılan məsələlərlə bağlı qarşı tərəfin bütün fikir, mülahizə və açıqlamalarını saytda verməyə hazır olduğumuzu bildiririk.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri